BAKI, 10 mart. TELEQRAF
Almaniya xarici işlər naziri Yohann Vadeful ABŞ-İran müharibəsinin tezliklə başa çatacağını düşünmür.
Teleqraf xəbər verir ki, bu barədə o, Nikosiyada Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos ilə birgə mətbuat konfransında danışıb.
Vadeful deyib ki, ABŞ İranın qonşular və Avropaya təhdid yaradan hərbi imkanlarını azaltmağa yönəlib və əməliyyatlar bu təhlükə tamamilə aradan qalxana qədər davam edə bilər:
“Düşünürəm ki, bu hücumlar həmin məqsəd əldə olunana qədər və ya İran ciddi danışıqlara hazır olduğunu nümayiş etdirənədək davam edəcək”.
Almaniya xarici işlər naziri vurğulayıb ki, Avropa liderləri də bu danışıqlarda yer almaq üçün çox tez mövqe tutmalıdır.