BAKI, 26 fevral. TELEQRAF

Pedofiliya və digər cinayətlərdə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən Davos Dünya İqtisadi Forumunun (WEF) prezidenti və baş icraçı direktoru Börge Brende istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb .

Məlumata görə, o, forum rəhbərliyinin Epşteynlə əlaqələrinə görə müstəqil araşdırmaya başlamasından bir neçə həftə sonra istefa verdiyini elan edib.