BAKI, 19 fevral. TELEQRAF

Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Şuranın bəyanatında bildirilir ki, Avropa İttifaqı Şurası SEPAH-ı terror təşkilatı kimi müəyyən edib. Qeyd olunur ki, bu qərar yanvarın 29-da Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında əldə olunan siyasi razılaşmanın nəticəsidir. Həmin iclasda İrana qarşı növbəti sanksiyalar paketi də təsdiqlənmişdi.

Şurası vurğulayır ki, qəbul edilən qərar ABŞ-nin İrana qarşı mümkün müharibə hazırlığı ilə əlaqəli deyil.