BAKI, 18 fevral. TELEQRAF

“Cenevrədə Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar çətin, amma məhsuldar keçib və ikinci gün təxminən iki saat davam edib”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentin köməkçisi Vladimir Medinski jurnalistlərə bildirib.

“Bildiyiniz kimi, danışıqlar iki gün davam etdi, dünən çox uzun müddət, müxtəlif formatlarda, bu gün isə təxminən iki saat davam etdi. Çətin, amma məhsuldar oldu”, - Medinski deyib.

***

12:44

Cenevrədə Ukrayna, ABŞ və Rusiya arasında danışıqların ikinci günü qapalı qapılar arxasında başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Görüş bağlı qapılar arxasında başlayıb”, - Rusiya agentliyinin mənbəsi bildirib.

Danışıqlar “InterContinental” otelində keçirilir. Fevralın 17-də Rusiya-ABŞ, Rusiya-Ukrayna və Rusiya-ABŞ-Ukrayna formatlarında ilk altı saatlıq məsləhətləşmə günü baş tutub.