BAKI, 13 fevral. TELEQRAF

Ukraynan xarici işlər naziri Andrey Sibiqa Münxen Təhlükəsizlik Konfransı çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

“Münxendə Çin xarici işlər naziri Vanq Yi ilə mənalı və məhsuldar görüş keçirdim. Qarşılıqlı faydalı ticarət və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yollarına diqqət yetirdik”, - Sibiqa bildirib.

Ukraynalı nazir həmçinin Çin tərəfinə Ukraynaya əlavə humanitar enerji yardımı paketinə görə təşəkkür edib.

Xarici işlər nazirləri qarşılıqlı olaraq bir-birlərini ölkələrinə səfərə dəvət ediblər. Səfərlərin tarixləri açıqlanmayıb.