BAKI, 3 fevral. TELEQRAF
“Macarıstan dörd ən böyük qlobal güc - Rusiya, ABŞ, Çin və Türkiyə ilə yaxşı münasibətləri qoruyan yeganə Avropa İttifaqı (Aİ) ölkəsi olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
“Yeni dünya nizamının formalaşdığı indiki mürəkkəb dövrdə strategiyamız dörd qlobal güc mərkəzinin Macarıstanın uğurlarında, ya da heç olmasa uğursuzluqlarında maraqlı olmamasında maraqlı olmasını təmin etməkdir. Hazırda Macarıstan Baş naziri Viktor Orban eyni anda ABŞ (Donald Tramp), Rusiya (Vladimir Putin), Çin (Si Cinpin) və Türkiyə (Rəcəb Tayyib Ərdoğan) liderləri ilə yaxşı münasibətləri saxlayan yeganə Avropa lideridir”, - o bildirib.