BAKI, 22 yanvar. TELEQRAF

“Tehran küçələrindən Avropa Parlamentinin ürəyinədək mesaj aydındır: İran azad olmalıdır və olacaq”.

Teleqraf xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola X-də belə yazıb.

O bildirib ki, Avropa Parlamenti İran xalqının arzularını dəstəkləyir, repressiya və edamların dayandırılması, siyasi məhbusların azad olunması və repressiyalara görə məsul olanların cəzalandırılmasını tələb edir.

Roberta Metsola vurğulayıb ki, rabitənin kəsildiyi və informasiya blokadası şəraitində belə İran xalqının səsi eşidilir, onlar tək deyillər.