BAKI, 15 dekabr. TELEQRAF
“Avropa İttifaqı liderləri Ukraynadakı münaqişənin həlli üçün danışıqları yenidən pozmağa çalışır və bütün qitəni Rusiya ilə müharibəyə sürükləmək niyyətindədirlər”.
Teleqraf xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
O hesab edir ki, hazırda baş verənlər 2022-ci ildə İstanbulda Rusiya-Ukrayna danışıqlarından və bu ilin avqustunda Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşdən sonra baş verənlərlə eynidir:
“Avropalılar, Brüsseldəki rəsmilər və Qərbi Avropa siyasətçiləri sülh danışıqlarını pozmaq istəyirlər. Qərbi Avropa siyasətçiləri indi demək olar ki, açıq şəkildə təxribatlar törədir və bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyirlər”.
Siyarto qeyd edib ki, Macarıstan bundan kənarda qalmaq niyyətindədir.