BAKI, 15 dekabr. TELEQRAF

“Hindistan bu gün Ermənistana müdafiə sahəsində əməkdaşlıq məsələsində çox şey təklif edə bilər”.

Teleqraf xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Caysval Ermənistanın “Armenpress” agentliyinə müsahibəsində deyib.

“Ermənistanla tərəfdaşlığımıza dəyər verdiyimiz üçün bu əlaqələri daha da gücləndirmək istəyirik. Ermənistanı bir neçə cəhətdən dəstəkləyirik. Güclü ikitərəfli əlaqələrimiz var. Siyasi əlaqələrimiz, müdafiə (hərb) sahədə çox güclü münasibətlərimiz mövcuddur”, - o bildirib.

Hindistan rəsmisi Azərbaycan və Türkiyənin Pakistanla əməkdaşlığı barədə şərh verməkdən imtina edib.

Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Caysval vurğulayıb ki, Dehli hadisələri diqqətlə izləyir, Hindistan Ermənistanın yanındadır.