BAKI, 1 dekabr. TELEQRAF

“ABŞ-nin fəal iştirakı olmadan Ukraynaya təhlükəsizlik təminatı təklif etmək çətindir”.

Teleqraf xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tacani deyib.

Nazir xatırladıb ki, ilkin olaraq İtaliyanın təklif etdiyi NATO Nizamnaməsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinə oxşar model nəzərdən keçirilir.

“Amma bu çərçivədə ABŞ-nin hava hücumundan müdafiədə iştiraka razılığını almaq çox vacibdir, çünki onun fəal iştirakı və ABŞ gücü olmadan adekvat müdafiəni təmin etmək çətin olacaq”, - Tacani bildirib.