BAKI, 22 noyabr. TELEQRAF

Ukrayna və ABŞ nümayəndələri arasında gələcək sülh sazişinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələr yaxın günlərdə İsveçrədə başlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov məlumat verib.

“Yaxın günlərdə İsveçrədə Ukrayna və ABŞ rəsmiləri arasında gələcək sülh sazişinin mümkün parametrləri ilə bağlı məsləhətləşmələrə başlayırıq. Ukrayna bu prosesə öz maraqlarının aydın anlayışı ilə yanaşır. Bu, son günlərdə davam edən dialoqun növbəti mərhələsidir və ilk növbədə gələcək addımları uzlaşdırmağa yönəlib”, - Umerov bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı 28 bəndlik sülh planı açıqlanıb. Plan Ukraynadan Rusiyanın xeyrinə ciddi güzəştləri ehtiva edir.