BAKI, 20 noyabr. TELEQRAF
Noyabrın 19-da Türkiyəyə səfərdən qayıtmalı olan Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov gözlənilən istefaları və korrupsiya ilə əlaqədar mümkün cinayət işi ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda hələ ictimaiyyətə görünməyiblər.
Teleqraf xəbər verir ki, bu barədə “Flightradar” məlumat yayıb.
Mənbə bildirib ki, Prezident Volodimir Zelenskinin təyyarəsi çərşənbə günü axşam Ankaradan Polşaya çatıb. Bundan sonra Ukrayna mediası yazıb ki, prezident Kiyevə gəlib. TASS-a görə, rəsmi saytlar və ya sosial mediada Zelenski, Yermak və ya Umerovun gəlişi ilə bağlı heç bir fotoşəkil və ya şərhlər verilməyib.