BAKI, 18 noyabr. TELEQRAF

“Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ukraynanın maliyyələşdirilməsi ilə bağlı yeni məktubu Belçikada isteriyaya səbəb olub”.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın müxalif “Vətənpərvərlər” partiyasının sədri Florian Filippo bildirib.

Siyasətçi Rusiya aktivlərinin müsadirəsinə dair məsələdə Avropa İttifaqının səylərini “qanunsuz addım” adlandırıb:

“Bu, təhlükəli presedent yarada və təkcə Belçika deyil, həm də Fransanı Rusiya ilə müharibə vəziyyətinə gətirib çıxara bilər. Fransa Respublikasının həqiqi vətənpərvərləri Parisin bu prosesdən çıxması üçün mübarizə aparmalıdırlar”.

Qeyd edək ki, Rusiyanın Belçikadakı banklarda 200 milyard dollardan çox dondurulmuş vəsaitinin olduğu bildirilir. Avropa İttifaqı bu vəsaitələri Ukraynanın xeyrinə müsadirə etmək istəyir.