BAKI, 14 noyabr. TELEQRAF
Polşa Prezidenti Karol Navrotski Kommunist Partiyasının fəaliyyətinin Konstitusiyaya zidd elan edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Navrotski müraciətində Polşa kommunistlərinin proqramında totalitar metod və praktikalarla bağlı istinadları, həmçinin hakimiyyəti ələ keçirmək və dövlət siyasətinə təsir göstərmək üçün zorakılıqdan istifadə etmək niyyətini əsas kimi göstərib.
Polşa Cinayət Məcəlləsinin 256-cı maddəsi nasist, kommunist və faşist ideologiyalarının təbliği üçün üç ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.