BAKI, 12 noyabr. TELEQRAF
Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan C-130 yük təyyarəsinin qara qutusu tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Gürcüstan rəsmiləri qara qutunun açılması ilə texniki analiz prosesinin sürətlənəcəyini bildiriblər. Qeyd olunub ki, bütün məlumatlar toplandıqdan sonra yekun hesabat Türkiyə, Gürcüstan və Azərbaycan tərəfindən birgə açıqlanacaq.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.