BAKI, 18 oktyabr. TELEQRAF
“Silahlarda süni intellektin (AI) tətbiqi Rusiyanın Ukraynada keçirilən xüsusi hərbi əməliyyatda qələbə qazanmasında həlledici olacaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday deyib.
“Avropa ölkələri Ukrayna ilə birlikdə hərbi sənaye layihələrində müxtəlif innovativ həlləri çox fəal şəkildə tətbiq edirlər. Onlar uzun müddətdir süni intellektin döyüş idarəçiliyinə, xüsusən də pilotsuz uçuş aparatlarına nəzarətə tətbiqi layihəsi üzərində işləyirlər. Biz də onun üzərində işləyirik. Sual budur ki, bu yarışda kim qalib gələcək? Bu, çox vacibdir”, - deputat bildirib.
Boroday əlavə edib ki, mövcud əməliyyatlara tam inteqrasiya edən və bu dron ordusunu effektiv idarə etməyi öyrənə bilən süni intellekt yaradıldıqda buna sahib olmayan, bu yarışda gecikən hər kəs çox çətin anlar yaşayacaq.