BAKI, 6 oktyabr. TELEQRAF

Almaniya Kansleri Fridrix Merts Rusiyanı PUA-larla Avropa ölkələrinin hava məkanlarını pozmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə “Zeit” məlumat yayıb.

Almaniya hökumətinin başçısı bildirib ki, pilotsuz təyyarələrlə bağlı insidentlərin sayının artması ciddi təhlükəsizlik təhlükəsi yaradır.

“Bunların əksəriyyətinin arxasında Rusiyanın olduğuna dair şübhələr var. Təhlükə bizi sınamaq istəyənlərdən gəlir”, - kansler əlavə edib.

Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib.