BAKI, 30 sentyabr. TELEQRAF
Macarıstana məxsus pilotsuz uçuş aparatlarının (PUA) guya Ukrayna sərhədini pozması ilə bağlı paylaşılan şəkil sadəcə qeyri-ciddidir.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ukraynalı həmkarı Andrey Sibiqanın Ukrayna sərhədinin dronlarla pozulması ilə bağlı ittihamlarına cavabında bildirib.
“Həftəsonu paylaşdığınız şəkil sadəcə qeyri-ciddidir. Bunu hamı bilir”, - Siyarto “X” sosial şəbəkəsindəki səhifəsində etdiyi paylaşımda yazıb.