BAKI, 12 sentyabr. TELEQRAF

“Vladimir Putinin aldığı təhsil ona heç bir şəkildə müsbət təsir göstərməyib və onun müharibələrə başlamasına mane olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Hamımız Putinin müəllimləri haqqında məlumat tapa bilərik. Rus təbliğatçıları tez-tez onun alman müəllimini - tələbəsi ilə fəxr edən təcrübəli bir insandan danışmağı xoşlayırdılar. O, Putinə alman dilini öyrədib, amma ona avropalı olmağı öyrədə bilməyib. Putin Leninqrad Universitetinin Hüquq fakültəsini bitirib. Bəs bu hüquqşünas Rusiyanı necə idarə elədi ki, sonda Beynəlxalq Cinayətlər Məhkəməsinin orderi altında qaldı? Ukraynalı uşaqların oğurlanmasına görə”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti rusiyalı həmkarının idman üzrə məşqçisindən aldığı təlimlərə də diqqət çəkib:

“O, təkcə cüdo yox, daha çox kriminal anlayışlar üzrə məşqçi idi. Həyata və digər insanlara uyğun münasibətə dair. Putinin belə bir məşqçisi var idi. Bəs necə oldu ki, belə bir məşqçisi olmayan milyonlarla rus öz lideri ilə eyni düşünür? Daha dərin şeylərdən danışırıq. Bir adamın tərcümeyi-halı və bir qatilin siyasətindən”.

Zelenski Rusiyanın bütün qonşuları ilə döyüşdüyünü söyləyib: “Hətta Çini aşağılamaq və müstəmləkə etmək, Mancuriyanı və Çinin digər razilərini mənimsəmək cəhdləri də var idi”.

O əlavə edib ki, Rusiya çoxlu sayda işğalçı müharibə aparıb, amma onların heç birinə görə üzr istəməyib.