BAKI, 10 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə, onun oğlu Aleksandra, rusiyalı iş adamları Roman Abramoviç və (erməniəsilli) Tiqran Xudaverdyana qarşı Ukraynanın ərazi bütövlüyünə xələl gətirən fəaliyyətlərinə görə sanksiyaların tətbiqinə dair qərarları ləğv etməkdən imtina edib.

Teleqraf xəbər verir ki, məhkəmə sanksiyalar üzrə bir sıra qərarlar verib.

Aİ Məhkəməsi onların apellyasiya tələblərinin rədd edildiyini və özlərinin və Aİ Şurasının məhkəmə xərclərini ödəməli olduqlarını bildirib.