BAKI, 9 sentyabr. TELEQRAF
“Ukraynada tezliklə sülhün olmasını gözləməyə ehtiyac yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tacani deyib.
İtaliyanın baş diplomatının fikrincə, Ukraynada sülh perspektivləri uzaqdadır və hazırda Rusiyaya təzyiq üçün yeganə təsirli vasitə yeni maliyyə sanksiyaları ola bilər.
Tacani Miladdan əvvəl müharibənin həllində konkret irəliləyiş proqnozlaşdırmır. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Vladimir Putinin konstruktiv mövqeyinə ümid bəsləməsinə baxmayaraq, Rusiya liderinin cavabı mənfi olub.
“Bu gün yeganə real vasitə Rusiyanı resurslara çıxış yolu ilə ordunu maliyyələşdirmək imkanından məhrum edəcək sanksiyalardır”, - Antonio Tacani vurğulayıb.
İtaliya diplomatiyasının rəhbəri Putinin Rusiyanın Avropa qoşunlarının Ukraynaya yerləşdiriləcəyi təqdirdə onları “qanuni hədəf” hesab edəcəyi ilə bağlı hədələrini “mənasız” adlandırıb.