BAKI, 7 sentyabr. TELEQRAF

Yaponiyanın Baş naziri Şigeru İşiba istefa vermək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" agentliyi məlumat yayıb.

İşiba rəhbərlik etdiyi Liberal-Demokrat Partiyasının (LDP) parçalanmasının qarşısını almaq üçün belə qərar qəbul edib.

Qeyd olunur ki, bazar ertəsi LDP-yə üzv bütün deputatlar və regional partiya təşkilatlarının nümayəndələri arasında partiya sədrinin növbədənkənar seçkilərinin keçirilməsi məsələsinə dair sorğunun nəticələri açıqlanmalı idi.

İyul ayında keçirilən parlament seçkilərindəki uğursuzluqdan sonra partiya daxilində bir çoxları İşibanın istefasını tələb edirdi.