BAKI, 22 avqust. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp məsələlərin sülh yolu ilə nizamlanmasına sadiqdir”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərlə söhbətində deyib.

“Tramp gördüyümüz kimi deyil. O, başa düşən adamdır. O, komandasındakı etibarlı insanlardan istifadə edə bilər, məncə, bu, faydalı olardı. Xüsusilə sülhə sadiq olduğuna görə”, - Belarus lideri qeyd edib.