BAKI, 20 avqust. TELEQRAF

“Minsk Qərbin Belarus və İrana qarşı qeyri-qanuni sanksiyalarını iqtisadi terrorizm hesab edir”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko iranlı həmkarı Məsud Pezeşkianla danışıqların yekunu üzrə deyib.

“Biz çoxqütblü dünya qurmağa çalışırıq, burada hər bir ölkə kənar müdaxilə olmadan müstəqil şəkildə öz inkişaf yolunu müəyyən edir. Belarus kollektiv Qərbin Minsk və Tehrana qarşı tətbiq etdiyi qeyri-qanuni məhdudlaşdırıcı tədbirləri iqtisadi terrorizm hesab edir. Respublikalarımız bu təcavüzkar və ikiüzlü sanksiyalar müharibəsinə uğurla müqavimət göstərirlər”, - o bildirib.