BAKI, 19 avqust. TELEQRAF

Avqustun 20-də Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə rəsmi səfərə gələcək İran Prezidenti Məsud Pezeşkian ilə danışıqlar aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüş Müstəqillik Sarayında məhdud və geniş tərkibdə baş tutacaq. Ardınca iki dövlət arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq.

Lukaşenko və Pezeşkianın ticarət, investisiya, sənaye, elm, texnologiya və təhsil sahələrində əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

“Diqqət həm də regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə yönəldiləcək”, - məlumatda deyilir.