BAKI, 7 avqust. TELEQRAF

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası (CIK) yekdilliklə ölkədəki iki muxtar qurumdan biri olan Serb Respublikasının prezidenti Milorad Dodiki vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Apellyasiya Məhkəməsinin fevral ayında Rəyasət Heyətinin qərarlarına hörmət etmədiyi üçün Dodikə qarşı çıxardığı bir il həbs cəzasını və altı illik siyasi qadağanı qüvvədə saxlamasından sonra CIK üzvləri paytaxt Sarayevoda toplaşıblar. İclasdan sonra yayımlanan bəyanatda həbs cəzasına məhkum edilmiş və siyasi qadağaya məruz qalan Dodikin heyətdən azad edildiyi açıqlanıb.

"X" sosial şəbəkəsində paylaşım edən Dodik hadisələrin inkişafını belə şərh edib: “Sarayevodan daha bir absurd. Bəsdir! Təslim olmaq kimi bir şey yoxdur. Təslim olmaq heç vaxt seçim deyil!”