BAKI, 20 iyul. TELEQRAF
Polşanın yeni seçilmiş Prezidenti Karol Navrotskinin andiçmə mərasimi 6 avqust tarixinə təyin edilib.
Teleqraf xəbər verir ki, andiçmə mərasimi yerli vaxtda saat 10:00-da start götürəcək.
Qeyd edək ki, “Hüquq və Ədalət” partiyasını təmsil edən Navrotski seçkilərdə iştirak edən seçicilərin 50,89%-nin səsini toplayıb. Onun rəqibi, hakim “Vətəndaş Koalisiyası” partiyasının nümayəndəsi olan Rafal Tşaskovski isə səslərin 49,11%-ni qazanmağa nail olub.