BAKI, 3 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinin iyulun 3-də axşam saatlarında beynəlxalq telefon danışığı keçirəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

“Bu gün axşam saat 18:00-19:00-dan sonra prezidentin gözlənilən beynəlxalq telefon danışığı barədə məlumat verəcəyik”, - Kreml nümayəndəsi bildirib.

D.Peskov Rusiya prezidentinin hansı xarici həmkarına zəng edəcəyini açıqlamayıb.