BAKI, 1 iyul. TELEQRAF

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya-Ukrayna müharibəsinin müddəti ilə bağlı proqnozunu yeniləyib.

Teleqraf xəbər verir ki, beynəlxalq qurum bu ilin sonuna kimi gərgin döyüşlərin dayandırılacağını, amma qanlı prosesin ümumilikdə davam edəcəyini proqnozlaşdırıb.

“Müharibənin gedişi ilə bağlı proqnozlar aktual olaraq qalır, çünki onun sonu ilə bağlı danışıqlar hələ heç bir nəticə verməyib”, - BVF qeyd edib.

Fondun ekspertlərə əlavə ediblər ki, bu vəziyyət müharibənin müddəti və intensivliyi ilə bağlı müxtəlif risklər yaradır.