BAKI, 30 iyun. TELEQRAF

“Rusiya və Ukraynanın tarixi taleyi birdir, bu ölkələr bir xalqdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Biz tarixi məzmun yaradanda biz ukraynalı uşaqları ruslardan ayırmırıq və hansısa konkret “ukraynayönümlü” məhsul istehsal etmirik. Üstəlik, Dnepr, Novorossiya və Krımın (Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri – red.) hər iki tərəfində yerləşən qədim rus torpaqlarının istedadlı və zəhmətkeş xalqının tarixini bilirik və sevirik. Biz bir xalqıq, tarixi taleyimiz birdir”, - Rusiya rəsmisi bildirib.