BAKI, 27 iyun. TELEQRAF
“Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri həmişə Özbəkistanı assosiasiyanın tamhüquqlu üzvü kimi gözləyir”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müraciət edərək bildirib:
“Siz AİB-in çoxdankı dostusunuz. Biz ittifaqımızın tamhüquqlu üzvü kimi sizi həmişə AİB-də gözləyirik. Buna şad olarıq”.
Özbəkistan 2020-ci ildən AİB-də müşahidəçi statusuna malikdir.