BAKI, 17 iyun. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko insanlara xidmət əlaməti olaraq inəyə abidə qoyulmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinə yaxın “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.
“Mən təkcə Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsi – red.) illərinə görə inəyə abidə qoyulmasını söyləmədi, inək bu gün də insanları qidalandırır. Əsas qida məhsullarımızı inək təmin edir. Bu təkcə süd deyil, həm də ətdir”, - prezident bildirib.
Lukaşenko inəkləri yaxşı şəraitdə saxlamaq lazım olduğunu vurğulayıb:
“Sağlam olmaq istəyiriksə, inək normal nəfəs almalı və yeməlidir. İnək bir sarayda yaşamalıdır”.