BAKI, 1 iyun. TELEQRAF
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundunun iyunun 2-si yerli vaxtla saat 13:00-da İstanbulda yerləşən Çırağan sarayında keçirilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə TASS İstanbuldakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edək ki, Çırağan sarayı İstanbulun Beşiktaş rayonunda yerləşən tarixi abidədir. Saray Bosfor boğazının Avropa tərəfində yerləşir və pəncərələri Asiya tərəfinə açılır. Saray XIX əsrdə Osmanlı sultanı Sultan Əbdüləziz tərəfindən tikilmiş və 1871-ci ildə tamamlanmışdır. Hazırda onun ərazisində beşulduzlu hotel fəaliyyət göstərir.