BAKI, 16 may. TELEQRAF

"Keçmişdə Avropada yaşanan çoxsaylı müharibələr və münaqişələr bizə göstərdi ki, müdafiə və təhlükəsizlik kimi həyati əhəmiyyətli məsələlərdə bölündükdə zəifləyirik, birləşdikcə daha da güclənirik".

Teleqraf xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin Albaniyada keçirilən VI sammitində çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beynəlxalq aləmdə etimad böhranını aradan qaldırmaq üçün ədalətli və əhatəli qlobal idarəetmə arxitekturasının yaradılmasına ehtiyac var. Avropa təhlükəsizliyinin gələcəyi ilə bağlı məsləhətləşdiyimiz bu kritik zamanda Avropa İttifaqının öz müdafiə sənayesini inkişaf etdirmək səyləri faydalıdır”, - prezident bildirib.