BAKI, 16 may. TELEQRAF

"Rusiya və Ukrayna birbaşa danışıqlara hazırdır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

Həmçinin o qeyd edib ki, atəşkəs Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üçün vacibdir:

“Danışıqlar fürsətindən istifadə etməli və sülhə doğru getməliyik. Gecikmə hər günü daha çox insan itkisi deməkdir. Müharibənin davam etdirilməsi insan həyatına son qoyur, atəşkəsə mümkün qədər tez nail olmaq vacibdir. Bizim danışıqlar yolu ilə atəşkəsə nail olmaq imkanımız var. Növbəti mərhələ edəcəyimiz seçimlərdən və atacağımız addımlardan asılı olacaq”.

Qeyd edək ki, hazırda İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar davam edir.