BAKI, 14 may. TELEQRAF

Fransa xarici işlər naziri Jan-Noel Barro mayın 15-də Türkiyədə Rusiya neftinin idxalına və Rusiyadan neft alan ölkələrə 500 faizlik rüsum daxil olmaqla, dağıdıcı sanksiyalar paketi hazırladığını açıqlayan ABŞ senatoru Lindi Qremlə görüşəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Barro vurğulayıb ki, ABŞ və Avropa Rusiyanı Ukraynadakı müharibəni dayandırmağa məcbur etmək üçün dağıdıcı sanksiyalara hazırlaşmalıdır.

“Rusiya Avropa və ABŞ-nin tətbiq etdiyi blokadadan yan keçməyin yollarını tapıb və kranı bu yolla bağlamaq Rusiyanın boğazından tutmaq üçün bir yoldur”, - o qeyd edib.