BAKI, 22 aprel. TELEQRAF
Nasist Almaniyasının lideri Adolf Hitlerin doğum günündə İsveçin paytaxtı Stokholmda bir tunelin girişində naməlum şəxslər tərəfindən üzərində svastika olan üç nasist bayrağı asılıb.
Teleqraf xəbər verir ki, Stokholm polisinin sözçüsü Mats Eriksson məsələ ilə bağlı bir çox insanın şikayət etdiyini və nifrət cinayətləri səbəbiylə araşdırma başlatdıqlarını açıqlayıb.
İsveçdə belə şeylərin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson yol kənarında siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib.

“Xüsusilə fəallar siyasi mesajlar paylaşırlar, çünki burada trafik sıxdır. Bunu paylaşmaq xoş deyil”, - sözçü deyib.
Eriksson nasist bayrağının aprelin 20-də anadan olan Adolf Hitlerin doğum günü münasibəti ilə asıldığını da qeyd edib.