
BAKI, 12 aprel. TELEQRAF
Türkiyənin Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaş qarşıdakı prezident seçkilərində namizəd olacaq.
Teleqraf xəbər verir ki, bu barədə “TGRT Haber”in redaktoru Fatih Atik məlumat yayıb.
“Həbsdə olan Əkrəm İmamoğlunun artıq namizəd olmaq şansı qalmayıb. CHP risk etməyəcək və alternativ namizəd irəli sürəcək. CHP-nin namizədi Özgür Özəl olacaq. Partiyada ümumi ab-hava da bu yöndədir. Sədr üçün yol açıqdır. Bunu deyən deputatlar da var.
Bəs, Mansur Yavaş hansı yolla gedəcək? Yavaşın hər fürsətdə anket hazırladır. O, Özəl və İmamoğlu ilə keçirdiyi üçtərəfli görüşdə də sorğularda öndə olduğunu demişdi.
2023-cü ildə də buna bənzər hadisə baş vermişdi. Mansur bəy o zaman açıq şəkildə söyləmişdi ki, 20 faiz öndə olsam da, namizəd Kılıçdaroğlu oldu. İndi də Özgür Özəl bəyan edir ki, anketlərə baxacağıq, öndə olan namizəd seçiləcək. Mansur Yavaş Özəlin bu fikrinə şübhə ilə yanaşır. Buna görə də deyib ki, 2023-cü ildəki kimi bir durumla qarşılaşmaq istəmirəm, oxşar vəziyyət yaransa, o vaxt namizəd deyildim, bu dəfə olacağam”, - jurnalist vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinin davam edəcəyi təqdirdə partiyanın mümkün prezidentliyə namizədliyi prosesinin necə idarə olunacağını açıqlayıb: “Namizədin adının kim olmasının önəmi yoxdur. Əkrəm İmamoğlu həbsdə qalsa, ən çox səs toplayan namizəd olacaq”.