BAKI, 10 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həbsxanada PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşən Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) heyətini bu gün qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Ankarada (Beştəpə) Prezident Sarayında keçiriləcək görüşdə “Terrorsuz Türkiyə” prosesinin müzakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də DEM nümayəndə heyəti ilə görüşdən sonra PKK-nı tərksilah olmağa və özünü buraxmağa çağırmışdı.