
BAKI, 7 aprel. TELEQRAF
“Asal” Araşdırmalar Mərkəzinin mart ayında Türkiyədə 2 min nəfər arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
Teleqraf xəbər verir ki, respondentlərə “Prezident seçkiləri bu bazar günü keçirilsəydi, kimə səs verərdiniz” sualı ünvanlanıb.
Sorğuya görə, Ərdoğana səs verənlərin nisbəti 31,2 faiz olub. Ərdoğana ən yaxın namizəd 25,5 faiz səslə Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş olub.
İstanbul bələdiyyəsinin hazırda həbsdə olan sədri Əkrəm İmamoğlu 22 faiz səslə üçüncü olarkən, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl 4,3 faiz səslə sonuncu yerlərdə qərarlaşıb.