
BAKI, 22 mart. TELEQRAF
Türkiyə Terrorla Mübarizə İdarəsində dindirilməsi davam edən İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun PKK terror təşkilatının üzvü ilə görüşdüyü iddia edilir.
Teleqraf xəbər verir ki, bu barədə CNN TÜRK telekanalı bildirib.
“PKK/KCK üzvü Azad Barışın Əkrəm İmamoğlu ilə dəfələrlə görüşdüyü iddia edilir. Məsələ istintaq dosyesinə əlavə olunub. Dindirilmə zamanı İmamoğludan bu təmasların niyə baş verdiyi soruşulacaq”, - məlumatda deyilir.