
BAKI, 21 mart. TELEQRAF
Korrupsiya və PKK/KCK terror təşkilatına yardım ittihamı ilə saxlanılan İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bu gün və ya sabah ifadə verəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayılıb.
“Bu cür mütəşəkkil cinayətlərə görə saxlanma müddəti 4 gündür. Bu 4 gün ərzində dindirilmə prosesi davam edə bilər. Saxlanılan şübhəlilərin dünəndən sorğu-sualına başlanılıb. Dindirilmənin ən az cinayətdə ittiham olunan şəxsdən başlayaraq yuxarıya doğru getdiyi bildirilir.
Hazırlanan istintaq dosyesində Əkrəm İmamoğlu “cinayətkar dəstə lideri olmaqda” ittiham edilir. Bu o deməkdir ki, İmamoğlu ən sonda ifadə verəcək. Onun adı iki ayrı istintaqda hallanır - həm terror, həm də maliyyə cinayətlərində.
Əkrəm İmamoğlunun dindirilməsinin ya bu axşam, ya da sabah səhər başlayacağı gözlənilir”, - məlumatda deyilir.