BAKI, 27 fevral. TELEQRAF
Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında irəli sürülmüş ittiham qəbul edilib.
Teleqraf xəbər verir ki, o, iyunun 12-də məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, bundan əvvəl İstanbul Prokurorluğu tərəfindən hazırlanan ittihamnamə əsasında Əkrəm İmamoğlunun yanvarın 27-də keçirdiyi brifinqdən sonra istintaqda şübhəlilərin lehinə nəticə verəcək qərar çıxarmaq üçün bəzi araşdırmalar və ictimai işlərdə növbətçi ekspertlərdən birini açıq şəkildə hədəfə alması iddiası ilə əlaqədar istintaq başladılmışdı.