BAKI, 21 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski legitimdir və Rusiya lideri Vladimir Putindən fərqli olaraq azad sistemin seçilmiş prezidentidir.

Teleqraf xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın Ukrayna liderini “diktator” adlandırdığı qalmaqallı bəyanatını rədd edib.

“Bu, uzun müddətdir rəqiblərini öldürən və seçkiləri manipulyasiya edən Vladimir Putinə aid deyil”, - Makron əlavə edib.

Fransa prezidenti Ukraynada hərbi vəziyyətə görə seçkilərin keçirilə bilməyəcəyini vurğulayıb və qeyd edib ki, seçkilərin keçirilməsi üçün davamlı sülh zəruri şərtdir.