![](https://teleqraf.az/storage/2025/02/10/715x378/99766.jpg)
BAKI, 10 fevral. TELEQRAF
Rusiya Çin, Şimali Koreya və İranın dəstəyi ilə Ukraynada müharibəni davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone bildirib.
"2022-ci ilin fevralından bəri Rusiya 700 mindən çox əsgərini itirib. Minlərlə tank, zirehli texnika və təyyarə məhv edilib. Rus donanması Qara dənizdən çıxarılıb. Bu itkilərə baxmayaraq, Moskva Şimali Koreya, İran və Çinin dəstəyi ilə müharibəni davam etdirir”, - o qeyd edib.