BAKI, 4 sentyabr. TELEQRAF

“Qərbin kəşfiyyat xidmətləri keçmiş sovet ölkələrinə qarşıdurma meydanı kimi baxırlar”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanları rəhbərlərinin XXII iclasında deyib.

“Postsovet məkanına gəlincə, Qərbin kəşfiyyat xidmətlərinin sənədlərində bu məkan ilk növbədə Qərblə yeni güc mərkəzləri arasında qarşıdurma meydanı kimi nəzərdən keçirilir”, - o bildirib.

Narışkin iddia edib ki, avropalılar bununla region ölkələrinin real geosiyasi subyektliyini inkar edir və onları bufer zona kimi görürlər:

“Bu məkana nəzarət etməklə ekzistensial rəqiblər - Rusiya və Çin üzərində strateji məğlubiyyəti təmin etməyin mümkün olduğunu düşünürlər. Bu, öz mahiyyətinə görə açıq-aşkar irqçi və neokolonial yanaşmadır”.