BAKI, 1 sentyabr. TELEQRAF
“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çoxqütblü dünya düzəninin əvəzolunmaz elementlərindən birinə çevrilib”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə ŞƏT+ sammitində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib ki, Türkiyə ətrafında baş verən münaqişələrin dialoq yolu ilə həll edilməsi üçün məsuliyyət daşıyır və bu istiqamətdə çalışmağa davam edir: “Münaqişələrin dialoq yolu ilə həll edilməsi üçün səylər göstəririk”.
Rəcəb Tayyib Ərdoğan ŞƏT-in enerji təchizatı kimi sahələrdə də rol oynaya biləcəyini düşünür.
“Yüksələn ulduz kimi gördüyümüz Şanxay Əməkdaşlıq Təşkilatı ilə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyə çalışacağıq”, - Türkiyə lideri əlavə edib.