BAKI, 1 sentyabr. TELEQRAF

“Qazaxıstan güc kultu və qarşıdurmadan azad dünya nizamının yaradılmasına və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) qızıl standart prinsiplərinin BMT qətnaməsində təsbit edilməsinə çağırır”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə ŞƏT+ sammitində çıxış edərkən deyib.

“Qazaxıstan ardıcıl olaraq dövlətlərin suveren bərabərliyinə və beynəlxalq hüququn aliliyinə əsaslanan beynəlxalq birliyi gücləndirən çoxqütblülüyü müdafiə edir. Bizim ortaq strateji məqsədimiz güc və qarşıdurma kultunun qarşılıqlı məsuliyyət, birgə inkişaf və uzunmüddətli əməkdaşlıq məntiqinə yol verdiyi dünya nizamı yaratmaqdır”, - o bildirib.

Tokayev qeyd edib ki, ŞƏT beynəlxalq səhnədə bu cür qarşılıqlı fəaliyyətin nümunəvi modelidir və təşkilat fəaliyyətində bərabərlik və konsensus prinsipləri uğurlu inkişaf, çoxtərəfli əməkdaşlıq və əsl çoxtərəflilik üçün qızıl standarta çevrilib.