BAKI, 1 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Bişkekdə keçirilən ŞƏT+ sammitində yeni çoxqütblü dünya nizamının formalaşmasının obyektiv və dönməz proses olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Rusiya lideri getdikcə daha çox ölkənin öz müqəddəratını müstəqil şəkildə təyin etməyə, maraqlarını qorumağa və beynəlxalq məsələlərdə fəal iştirak etməyə çalışdığını deyib.

“Söhbət yeni, həqiqətən ədalətli, çoxqütblü dünya nizamının formalaşmasından gedir. Bu proses obyektivdir və açığı, hamının artıq başa düşdüyü kimi, dönməzdir”, - o vurğulayıb.

Vladimir Putin qeyd edib ki, Asiya, Afrika və Latın Amerikasında güclənən regional birliklər BMT ilə yanaşı, belə bir sistemə də uyğunlaşır. O, Şanxay Əməkdaşlıq Təşkilatını da belə bir birliklərdən biri adlandırıb.

O əlavə edib ki, BMT-nin regional təşkilatlarla qarşılıqlı əlaqəsi yeni dünya nizamının möhkəmləndirilməsinə və müxtəlif ölkələrin maraqlarının uyğunlaşdırılmasına töhfə verə bilər.