BAKI, 1 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Bişkekdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazir Administrasiyası məlumat yayıb.
Həmsöhbətlər Ermənistan-ABŞ strateji tərəfdaşlığının müxtəlif istiqamətlərdə davamlı inkişafını vurğulayıblar. Regional proseslər də müzakirə edilib.
“Tramp marşrutu” (TRIPP) layihəsinin bölgədə kommunikasiyaların açılmasında və inkişaf etdirilməsində roluna diqqət çəkilib. Bu kontekstdə layihənin icrasının gedişi və qarşıdan gələn proqramlar barədə fikir mübadiləsi aparılıb.